Qazaxıstan hakimliyinə əcnəbi mütəxəssis başçılıq edəcək - RƏSMİ

Qazaxıstan hakimliyinə əcnəbi mütəxəssis başçılıq edəcək - RƏSMİ

Qazaxıstanın futbol hakimlərinə əcnəbi mütəxəssis başçılıq edəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qurumun hakimlik və təftiş departamentinin direktoru vəzifəsi portuqaliyalı Nunu de Kaştruya həvalə olunub. 52 yaşlı artıq vəzifəsinin icrasına aktiv şəkildə başlayıb. Bildirilib ki, de Kaştru hazırda ölkə futbolunda mövcud prosesləri ətraflı öyrənir. Onun departamentin fəaliyyətində nizam-intizam və şəffaflığa önəm verdiyu vurğulanıb.

QFF de Kaştrunun qarşısına milli yarışların hakimlik səviyyəsinin yüksəldilməsi və rəhbərlik etdiyi şöbənin işində müsbət dəyişikliklər edilməsi tapşırığını qoyub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər