Qattuzo Xorvatiya klubundan ayrıldı

Qattuzo Xorvatiya klubundan ayrıldı

"Hayduk"un baş məşqçisi Cennaro Qattuzo istefaya göndərilib. 

Fanat.Az xəbər verir ki, bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb. 

Tərəflər müqaviləyə qarşılıqlı şəkildə xitam veriblər.

İtaliyalı mütəxəssis ötən ilin yayından Split klubunua rəhbərlik edirdi. Komanda onun rəhbərliyi ilə Xorvatiya çempionatını 3-cü pillədə başa vurub.

Qeyd edək ki, 47 yaşlı mütəxəssis bundan əvvəl "Syon", "Palermo", OFİ, "Milan", "Napoli", "Valensiya" və "Olimpik Marsel" klublarda çalışıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər