Qattuzo D Seriyasında debüt edəcək

Qattuzo D Seriyasında debüt edəcək

İtaliya millisinin çalışdırıcısı Cennaro Qattuzonun qardaşı oğlu, 20 yaşlı Françesko Qattuzo D Seriyasında çıxış edəcək.

Fanat.Az xəbər verir ki, o, İtaliya futbolunun dördüncü ən güclü liqasında "Sanremese"nin qapısını qoruyacaq. 

“2005-ci il aprelin 7-də Kalabriyada anadan olan Françesko Qattuzo 193 santimetr boyunda, əla reflekslərə və ayaqları ilə seçilən keyfiyyətlərə malikdir”, - klubun press-relizində belə qeyd olunub. 

"Sanremese" məşhur musiqi şəhəri Sanremoda yerləşir, klub 1904-cü ildə yaradılıb, 1987-ci ildə ləğv edilib, lakin 2015-ci ildə bərpa olunub. Klub heç vaxt A Seriyasında oynamayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər