PSV-də həyəcan: Futbolçulardan birində vərəm aşkarlandı

PSV-də həyəcan: Futbolçulardan birində vərəm aşkarlandı

Niderlandın PSV klubunun oyunçularından birinə aktiv vərəm diaqnozu qoyulub.

Fanat.Az xəbər verir ki, məlumatı Eyndhoven təmsilçisinin mətbuat xidməti yayıb.

Futbolçunun adı açıqlanmayıb. Klubun açıqlamasında vəziyyətlə bağlı səhiyyə şöbəsinə məlumat verildiyi qeyd edilib. Mümkün infeksiya mənbələri və təmaslar öyrənilir. PSV vurğulayıb ki, hazırda futbolçu ilə təmasda olan insanların da yoluxduğuna dair heç bir əlamət yoxdur.

PSV son Niderland çempionudur və hazırda Erediviziyanın turnir cədvəlində lider "Ayaks"dan 6 xal geri qalaraq 2-ci yerdə qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər