PSJ Messiyə mesaj göndərdi - "Bazar günü görüşənədək"

PSJ Messiyə mesaj göndərdi - "Bazar günü görüşənədək"

PSJ keçmiş futbolçusu Lionel Messi ilə bağlı paylaşım edib.

Fanat.Az xəbər verir ki, parislilər Lionel Messini ad günü münasibətilə təbrik ediblər. 

Klubun mətbuat xidməti 24 iyunda 38 yaşı tamam olan argentinalı ulduzu belə təbrik edib:

"Ad günün mübarək, Lionel Messi! Bazar günü görüşənədək".

Messi 2021-2023-cü illərdə PSJ-də çıxış edib. Leonun hazırkı klubu "İnter Mayami" iyunun 29-da klublararası dünya çempionatının 1/8 finalında parislilərlə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər