İngiltərə millisinin və London "Çelsi"sinin yarımmüdafiəçisi Koul Palmer klubunu dəyişə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fichajes" yayıb.
Mənbənin əldə etdiyi məlumata görə, 23 yaşlı yarımmüdafiəçinin xidmətində Fransanın PSJ klubu maraqlıdır. Paris nəhənginin rəhbərliyi transfer rekordunu qırmağa və ingilis üçün 250 milyon avro təklif etməyə hazırdır.
Qeyd edək ki, tarixin ən bahalı transferi PSJ ilə "Barselona" arasında Neymara görə bağlanan müqavilədir. Parislilər 2017-ci ilin yayında braziliyalını 222 milyona alıb.
Xatırladaq ki, Palmer 2025-ci il klublararası dünya çempionatının finalında PSJ-nin qapısına 2 qol vuraraq (3:0) ən yaxşı oyunçusu olub. Onun "Çelsi" ilə müqaviləsinin müddəti 2033-cü ilin ortalarına qədərdir.
Mirağa