PSJ Çempionlar Liqasını darmadağınla qazandı

PSJ Çempionlar Liqasını darmadağınla qazandı

UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün qalibi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, final oyununda İtaliya "İnter"i ilə Fransanın PSJ komandası üz-üzə gəliblər.

Həlledici görüş Almaniyanın Münhen şəhərində - "Alyans Arena"da baş tutub. 

PSJ milanlıları böyük hesabla - 5:0 məğlub edərək tarixində ilk dəfə bu titulu əldə edib. Parislilərə qitə kubokunu oyunda dubl edən Desire Dou, həmçinin, Əşrəf Hakimi, Xviça Kvaratsxeliya və Senni Mayulu qazandırıblar. 

UEFA Çempionlar Liqası Final 31 may

PSJ (Fransa) - "İnter" (İtaliya) 5:0 Qollar: Hakimi, 12. Due, 20; 63. Kvaratsxeliya, 73. Mayulu, 87.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər