Premyer Liqanın qoleadoru: Ardıcıl 4-cü, tarixdə 10-cu

Premyer Liqanın qoleadoru: Ardıcıl 4-cü, tarixdə 10-cu

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün bombardiri “Qarabağ”ın futbolçusu Leandro Andrade olub.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi mövsümdə 15 qol vurub.

O, ilk dəfə Premyer Liqanın bombardiri mükafatını qazanıb.

Ardıcıl 4-cü, tarixdə 10-cu dəfə “Qarabağ”ın futbolçusu Azərbaycan çempionatlarının ən məhsuldar oyunçusu olub. Ağdam klubu oyunçularının bombardirliyi sayında rekordçudur.

Premyer Liqanın qoleadoru: Ardıcıl 4-cü, tarixdə 10-cu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər