Premyer Liqada mövsümün rəmzi komandası müəyyənləşdi - Nə "Arsenal"dan oyunçu var, nə də "Mançester Siti"dən

Premyer Liqada mövsümün rəmzi komandası müəyyənləşdi - Nə "Arsenal"dan oyunçu var, nə də "Mançester Siti"dən

İngiltərə Premyer Liqasında 2024/2025 mövsümünün rəmzi komandası müəyyənləşib.

Fanat.Az xəbər verir ki, ESPN-in təqdim etdiyi versiyaya görə, ən yaxşılardan ibarət "11-liy"ə 8 klubun oyunçusu daxil edilib.

Maraqlıdır ki, rəmzi komandada ikinci yeri tutan London "Arsenal"ı ilə bürünc mükafatçı "Mançester Siti"dən heç kim yer almayıb. 

Qapıçı: Mats Sels ("Nottingem Forest").  Müdafiəçilər: Trent Aleksandr-Arnold, Vircil van Deyk (hər ikisi "Liverpul"), Ceyms Tarkovski ("Everton"), Entoni Robinson ("Fulhem").  Yarımmüdafiəçilər: Yuri Tilemans ("Aston Villa"), Brunu Fernandeş ("Mançester Yunayted"), Kol Palmer ("Çelsi").  Hücumçular: Luis Dias, Məhəmməd Salah (hər ikisi "Liverpul"), Aleksandr İsak ("Nyukasl"). 

Xatırladaq ki, bu mövsüm “Liverpul” Premyer Liqanın çempionu oldu. Sözügedən komanda İngiltərə futbolunun yüksək liqasında 20-ci titulunu qazanıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər