Premyer Liqada ayın ən yaxşı oyunçusu bəlli oldu

Premyer Liqada ayın ən yaxşı oyunçusu bəlli oldu

"Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş Premyer Liqada mart ayının ən yaxşı futbolçusu seçilib.

Fanat.Az xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

Fernandeşin rəqibləri arasında Entoni Elanqa (Nottingem Forest), Nikola Milenkoviç (Nottingem Forest), Deklan Rays (Arsenal), Yan Pol van Hekke (Brayton) və Jan-Rikner Belleqard (Vulverhempton Uonderers) var idi.

Portuqaliyalı mart ayında "qırmızı şeytanlar"ın heyətində iki oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib. Bu, "Mançester Yunayted"ə çempionatın autsayderi "Lester"i və liderlərdən biri olan "Arsenal"ı yenməyə kömək edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər