Premyer Liqa nəhəngi Barellaya elçi düşdü - "İnter" oyunçusunun qiymətini açıqladı

Premyer Liqa nəhəngi Barellaya elçi düşdü - "İnter" oyunçusunun qiymətini açıqladı

İtaliyanın "İnter" klubunun yarımmüdafiəçisi Nikolo Barellanın karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək variantı var. 

Fanat.Az xəbər verir ki, bu barədə “Sport Witness” məlumat yayıb. 

Mənbənin məlumatına görə, italyan yarımmüdafiəçinin xidmətində "Liverpul" klubu maraqlıdır. "Neradzurrilər" danışıqlara başlayan İngiltərə nəhənginə aparıcı futbolçusu üçün 100 milyon avro "oxuyub". Danışıqların davam etdiyi bildirilir.

Barellanın "Milan" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq. O, bu mövsüm İtaliya təmsilçisinin heyətində 41 oyun keçirib, 3 qol vurub və 8 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər