Premyer Liqa klubu Arda Gülərə elçi düşdü - SON DURUM

Premyer Liqa klubu Arda Gülərə elçi düşdü - SON DURUM

"Real Madrid"in yarımmüdafiəçisi Arda Gülər ​​karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.

Mənbənin məlumatına görə, "Aston Villa" türk ulduzla ciddi maraqlanır və yay "transfer pəncərəsi"ndə onun keçidini reallaşdırmağa çalışır. 

Arda ​​bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə 32 matça çıxaraq 3 qol vurub, 5 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin müqaviləsinin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub və onun transfer dəyəri 45 milyon avro qiymətləndirilir.

Aktivində 48 xal olan “Aston Villa” hazırda Premyer Liqanın turnir cədvəlində yeddinci yerdədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər