Poqba bu beş liqadan birini seçəcək

Poqba bu beş liqadan birini seçəcək

Qadağan olunmuş dərman qəbul etdiyinə görə diskvalifikasiya olunmuş “Mançester Yunayted”in keçmiş futbolçusu Pol Poqba karyerasını davam etdirmək üçün 5 variantdan birini seçəcək. 

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insider Florian Plettenberq sosial şəbəkə üzərindən paylaşaraq yayıb. 

Mənbənin məlumatına görə, fransalı yarımmüdafiəçi ilk növbədə İspaniya, Fransa və Almaniya çempionatlarından birində oynamağı düşünür. Bundan əlavə, Paulu Səudiyyə Ərəbistanı və MLS də cəlb edir. İstənilən halda, Poqbanın meydana qayıdışı 2025/2026 mövsümündə gözlənilir. 

Xatırladaq ki, fransalının son iş yeri “Yuventus”u olub. Yarımmüdafiəçi hazırda azad agentdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər