Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

"Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike sabiq komandasının "El Klassiko"da "Real Madrid"ə qalib gəlməsindən sonra sosial şəbəkə hesabında təxribat xarakterli paylaşım edib.

Fanat.Az xəbər verir ki, Pike "X" ("Twitter") hesabındakı paylaşımında belə yazıb: 

"Onsuz da sonunda həmişə yaxşılar qalib gəlir".

O, İspaniya Kral Kubokunun finalında "Barsa"nın" Real Madrid" üzərində qələbəsindən sonra da eyni şeyi yazmışdı.

"Real Madrid" son turda səfərdə "Barselona"ya 3:4 hesabı ilə uduzub. Paytaxt nəhəngi liderdən 7 xal geri qalır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər