Osimhen İtaliya nəhənginin təklifinə "yox" dedi - Oynamaq istədiyi ölkə bəllidir

Osimhen İtaliya nəhənginin təklifinə "yox" dedi - Oynamaq istədiyi ölkə bəllidir

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen İtaliyadan aldığı təklifi geri çevirib. 

Fanat.Az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

Mənbənin məlumatına görə, "Yuventus" onun xidmətində maraqlıdır. Daha doğrusu, "qoca sinyora" 26 yaşlı nigeriyalı ilə əlaqə saxlayıb və bu yay onu transfer etməkdə maraqlı olduğunu bildirsə də, forvard Turin klubunun rəhbərliyinə karyerasında başqa prioritetlərinin olduğunu çatdırıb və İtaliyaya qayıtmaq istəmədiyini deyib.

Osimhen karyerasını İngiltərə Premyer Liqası nəhənglərindən birində davam etdirməyi planlaşdırır.

Xatırladırıq ki, müqavilə ilə "Napoli"yə məxsus olan Viktor Osimhen bu mövsümü icarə əsasında "Qalatasaray"da keçirir. Neapollular futbolçunu 75 milyon avroya buraxmağa hazır olduğunu açıqlayıb.

Hücumçu cari mövsümdə İstanbul klubunun heyətində 32 matçda 28 qol vurub, 5 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər