"Omoniya" yenildi, "Kayrat" və "Bazel"dən qələbə

"Omoniya" yenildi, "Kayrat" və "Bazel"dən qələbə

UEFA Konfrans Liqasındakı təmsilçimiz "Qarabağ"ın qrupdakı rəqibləri ölkələrinin çempionatlarında növbəti oyunlarına çıxıb.

Fanat.Az xəbər verir ki, oktyabrın 21-də Bakıda "köhlən atlar"a 1:2 hesabıyla uduzan "Kayrat" öz meydanında "Astana"nı, "Bazel" isə "Luqano"nu yenib.

Ağdamlıların KL-in qrup mərhələsinin 2-ci turunda səfərdə 4:1 hesabıyla darmadağın etdiyi "Omoniya" isə bu gün səfərdə PAAEK-lə qarşılaşıb və uduzub. 

Kipr 1-ci Divizionu 7-ci tur 25 oktyabr

PAEEK - Omoniya 1:0

Qol: Bert Esselink, 34.

Qazaxıstan Premyer Liqası 25-ci tur  24 oktyabr

Kayrat - Astana 1:0

Qol: Neboyşa Kosoviç, 9.

İsveç Super Liqası  11-ci tur 24 oktyabr

Bazel - Luqano 2:0

Qollar: Fabian Fray, 10. Artur Kabral, 32

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər