"Qalatasaray"da daha 2 ayrılıq yaşanacaq.
Fanat.Az xəbər verir ki, "Ümraniyespor" ilə görüşdə Karlos Kuesta və Viktor Nelson baş məşqçi Okan Burukun istədiyi oyunu göstərə bilməyiblər.
Bu barədə məlumatı "Aspor" yayıb.
Xəbərdə hər iki futbolçu ilə yolların ayrılacağı bildirilib.
Qeyd edək ki, həmin matç "sarı-qırmızılıların" 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Kamil Xudiyev