Nunyes La Liqa nəhəngi ilə razılığa gəldi - SON DURUM

Nunyes La Liqa nəhəngi ilə razılığa gəldi - SON DURUM

"Liverpul"un hücumçusu Darvin Nunyes karyerasını La Liqada davam etdirməyə çox yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı İngiltərənin "Topskills Sports" portalı yayıb. 

Mənbənin məlumatına görə, uruqvaylı forvard iyunda "Atletiko Madrid"ə keçmək üçün şifahi razılıq verib. Nunyes “Mançester Yunayted” və “Napoli”nin güclü marağına baxmayaraq, məhz Madrid nəhəngində oynamaq istəyir. Hazırda klun rəhbərliyi ilə "Liverpul" arasında danışıqlar gedir. Mersisaydlıların 25 yaşlı uruqvaylının satışından 77-95 milyon avro arasında gəlir əldə etmək istədiyi iddia edilir. 

Nunyes bu mövsüm bütün yarışlarda 47 oyun keçirib, 7 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Liverpul"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər