"Santos"un hücumçusu Neymar Braziliya çempionatının 11-ci turunun "Botafoqo" ilə oyununda (0:1) meydandan qovulub.
Fanat.Az xəbər verir ki, əllə qol vuran və buna görə ikinci xəbərdarlıqla üzləşən superulduz "qırmızı" alıb.
Neymar sosial şəbəkə hesabında ikinci sarı vərəqənin haqlı olduğunu etiraf etsə də, ilk xəbərdarlığı şübhə altına alıb: "Kobudluq etdim və dərhal sarı vərəqə aldım... Hakimlikdə o qədər səhvlər var ki! Bu, sadəcə mənim fikrimdir... Xahiş edirəm, məni çox sərt cəzalandırmayın”.
Matçın sonunda meydandan kənarlaşdırılan Neymarın qovulmasından 10 dəqiqə sonra "Botafoqo" qələbə qolunu vurub.
Mirağa