Naxçıvanda məşqçi kursu keçiriləcək

Naxçıvanda məşqçi kursu keçiriləcək

Naxçıvan Muxtar Respublikasında C kateqoriyalı məşqçi kursları keçiriləcək.

Fanat.Az xəbər verir ki, kurslar bölgədə fəaliyyət göstərən məşqçilər üçün AFFA və NFF-nin birgə təşkilatçılığı ilə baş tutacaq.

4 mərhələdən ibarət olacaq kurs iyul-avqust aylarında təşkil ediləcək. Hər mərhələ 4-5 gün davam edəcək.

I mərhələ iyulun 22-də Naxçıvan şəhər mərkəzi stadionunda keçiriləcək.

Qeyd edək ki, kurslarda iştirak üçün ödəniş məbləği 500 manatdır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər