MY-nin ulduzu karyerasını A Seriyasında davam etdirməyə yaxındır

MY-nin ulduzu karyerasını A Seriyasında davam etdirməyə yaxındır

“Mançester Yunayted”in heyətindən kənarda qalan və Ruben Amorimin növbəti mövsüm üçün planlarına daxil olmayan Alexandro Qarnaço karyerasını İtaliyada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, söhbət İtaliyanın hazırkı çempionu "Napoli"dən gedir. 

İnformasiyanı "beİN  Sports"-un jurnalisti Ben Ceykobs yayıb. Onun yaydığı məlumata görə, neapollular oyunçu üçün 40 milyon avro təklif ediblər. "Mançester Yunayted" isə vingerinə görə qarşı tərəfdən 60 milyon istəyir. Bununla belə, böyük ehtimalla, tərəflər ortaq məxrəcə gələ biləcəklər. 

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 58 matça çıxan Qarnaço 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "qırmızı şeytanlar"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər