Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb. Fanat.az xəbər verir ki, o, futzal üzrə UEFA kubokunun ilkin seçmə mərhələsinin B qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
Bu qrupda "Baku United" (İngiltərə), "Gibraltar Scorpions" (Cəbəllütariq), "Malmo Siti" (İsveç) və "Sarayevo" (Bosniya və Herseqovina) komandaları mübarizə aparacaq. Oyunlar avqustun 27-dən 30-dək Bosniya və Herseqovinada keçiriləcək.
Fanat.az