"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyunun keçmiş köməkçisi Joau Sakaramentu Avstriyanın LASK komandasını çalışdırmağa yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, 36 yaşlı portuqaliyalı mütəxəssis üçün bu, onun baş məşqçi kimi ilk işi ola bilər. Sakramentunun ən son işi 2023-2025-ci illərdə Kristof Qaltye ilə birlikdə çalışdığı Qətərin "Əl-Duhail" klubunda olub. O, "Tottenhem" və "Roma"da Mourinyunun köməkçisi olub.
LASK Avstriya çempionatının son oyununda "Rapid"ə uduzaraq avrokuboklara vəsiqə qazana bilməyib.
Mirağa