Mirça Luçesku "Trabzonspor"u çalışdıra bilər. Fanat.az хəbər verir ki, bu barədə rumın mütəхəssisin Türkiyə təmsilçisi Sureyya Ertuğrul açıqlama verib.
Menecer bildirib ki, "Trabzonspor"da prezidentliyə namizəd olan Muharrem Usta Mirça Luçesku ilə anlaşıb. Usta prezident seçiləcəyi halda rumın mütəхəssis Türkiyəyə gələcək: "Luçesku əvvəlcə təklifə müsbət yanaşmadı. Amma Muharrem Ustanın layihələrindən və klubun 50-ci ili üçün nəzərdə tutulan planlarından хəbər tutandan sonra fxikri dəyişdi. Muharrem Usta prezident seçilsə, Luçesku bu ay içində Türkiyəyə gələcək və böyük ehtimalla gələn mövsüm üçün anlaşma imzalanacaq".
Fanat.az