Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün I tura yekun vurulacaq.
Turun ikinci günündə Milli Gimnastika Arenasında daha 8 oyun keçiriləcək. Günə Qana – İspaniya matçı ilə start veriləcək. Turun son oyunu isə Serbiya və İsrail arasında reallaşacaq.
Dünya çempionatı Qrup mərhələsi, I tur 22 may
E qrupu 14:00. İndoneziya - Kosta Rika 15:15. Monteneqro - Tailand
F qrupu 18:15. Qazaxıstan - Polşa 19:30. ABŞ - Bosniya və Herseqovina
G qrupu 16:30. Çexiya - Argentina 20:45. Gürcüstan - BƏƏ
H qrupu 12:45. Qana - İspaniya 22:00. Serbiya - İsrail
Qeyd edək ki, ilk turun digər 8 matçı mayın 21-də keçirilib:
Fransa - Çad 1:0 Macarıstan – Türkiyə 1:1 Bolqarıstan - Portuqaliya 1:3 Ukrayna – İngiltərə 0:4 Slovakiya - Hindistan 15:0 Azərbaycan – Bəhreyn 1:1 Rumıniya – Özbəkistan 2:1 Mavritaniya – Sloveniya 1:1
Dünya çempionatı iyunun 1-də başa çatacaq.