Azərbaycan milli komandasının martın 22-də Haiti və 25-də Belarus yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti müəyyənləşib.
Fanat.Az xəbər verir ki, baş məşqçi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya çağırdığı futbolçuların adlarını açıqlayıb.
Heyətdə I Liqa klubu "Qəbələ"nin oyunçusu Şahin Şahniyarov da var.
Portuqaliyalı mütəxəssis martın 17-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib: 1. Rza Cəfərov - Neftçi 2. Şahrudin Məhəmmədəliyev - Qarabağ 3. Aydın Bayramov - Zirə 4. Amin Seydiyev - Sabah 5. Mert Çelik - Səbail 6. Bəhlul Mustafazadə - Qarabağ 7. Bədavi Hüseynov - Qarabağ 8. Rahil Məmmədov - Radomiak Radom (Polşa) 9. Zamiq Əliyev - Eqnatia (Albaniya) 10. Rəhman Daşdəmirov - Sabah 11. Elvin Cəfərquliyev - Qarabağ 12. Aleksey İsayev - Qarabağ 13. Coşqun Diniyev - Çorum (Türkiyə) 14. Elvin Camalov - Neftçi 15. Şahin Şahniyarov - Qəbələ 16. İsmayıl İbrahimli - Zirə 17. Səbuhi Abdullazadə - Sumqayıt 18. Ozan Can Kökçü - HJK (Finlandiya) 19. Toral Bayramov - Qarabağ 20. Nəriman Axundzadə - Qarabağ 21. Xəyal Əliyev - Sabah 22. Renat Dadaşov - Radomiak Radom (Polşa) 23. Ağadadaş Salyanski - Neftçi 24. Mahir Emreli - Nürnberq (Almaniya) 25. Musa Qubanlı - Qarabağ