17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandasının aprelin 9-dan 12-dək Bakıda təlim-məşq toplanışı olacaq.
Fanat.Az xəbər verir ki, millimiz aprelin 13-dən 20-dək Moldovanın paytaxtı Kişinyovda UEFA İnkişaf Turnirində iştirak edəcək.
U-17 turnirdə Moldova, Gürcüstan və Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.
Bakıda baş tutacaq təlim-məşq toplanışına dəvət alan futbolçuların siyahısı və UEFA İnkişaf Turnirindəki oyunların təqvimi ilə tanış ola bilərsiniz: 1. Rauf Əyyubov - Sabah 2. Nurəziz Əzizov - Neftçi 3. Kamil Həsənov - Marcet (İspaniya) 4. Rəşad Gülüşov - Vətən 5. Uğur Qurbanlı - Qarabağ 6. Toğrul Mehdizadə - Vətən 7. Səttar Tahirzadə - Marcet (İspaniya) 8. Muhamməd Çodarov - Marcet (İspaniya) 9. İsmayıl Səfərli - Neftçi 10. Amin Rzayev - Qarabağ 11. Sahib Xəlilli - Neftçi 12. Allahverdi Şirinov - Qəbələ 13. Nihad Cəfərzadə - Sabah 14. Ramin Abiyev - Neftçi 15. Sübhan Rzayev - Qəbələ 16. Nihad Hüseynzadə - Sabah 17. Adnan Bunyatov - Marcet (İspaniya) 18. Əli Bəşirov - Qarabağ 19. Onur Əliyev - Qarabağ 20. Samir Şərifov - Vətən 21. Pünhan Kərimov - Marcet (İspaniya) 22. Nicat Kərimov - Vətən 14 aprel 15:30. Moldova – Azərbaycan “Zimbru” stadionu 16 aprel 12:00. Azərbaycan – Gürcüstan Moldova Futbol Federasiyasının Texniki Mərkəzi 19 aprel 12:00. Estoniya – Azərbaycan Moldova Futbol Federasiyasının Texniki Mərkəzi Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.