Qadın voleybolçular arasında Qızıl Avropa Liqasında III tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun son qarşılaşması Bakıda baş tutub. C qrupunda yer alan Azərbaycan millisi Finlandiya yığması ilə üz-üzə gəlib. İlk 2 görüşdə qələbə qazana bilməyən Covanni Kapraranın yetirmələri bu dəfə də məğlubiyyətə üzülüb. Nəticədə komandamız turnir cədvəlində sonuncu pilləyə enib.
Qrupumuzun digər oyununda Belarus İspaniya ilə qarşılaşıb. Minskdə keçirilən matç ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə belarusluları vahid liderə çevirib.
Voleybolçularımız növbəti turda evdə Belarusu qəbul edəcək. Qarşılaşma iyunun 8-də olacaq.
Qızıl Avropa Liqası
C qrupu
III tur
Azərbaycan - Finlandiya 1:3 (17:25, 16:25, 25:19, 22:25)
Hakimlər: Hadica Yıldız (Türkiyə), Zaur Hacıyev (Azərbaycan).
Fanat.Az