Millətlər Liqasında yarımfinal cütlükləri müəyyənləşdi

Millətlər Liqasında yarımfinal cütlükləri müəyyənləşdi

UEFA Millətlər Liqasında 1/4 final mərhələsinə ötən gecə yekun vurulub. 

Fanat.Az xəbər verir ki, beləliklə turnirin yarımfinalçıları müəyyənləşib.

Fransa, Almaniya, Portuqaliya və İspaniya qalib adı uğrunda mübarizəni davam etdirəcəklər. Final uğrunda oyunlarda Almaniya Portuqaliya ilə, Fransa isə İspaniya ilə qarşılaşacaq.

Yarımfinal mərhələsinin oyunları Almaniyada keçiriləcək.

Millətlər Liqası  Yarımfinal

4 iyun

Almaniya - Portuqaliya

5 iyun

İspaniya - Fransa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər