Millətlər Liqası: Xorvatiya finalda!

Millətlər Liqası: Xorvatiya finalda!

Bu gün UEFA Millətlər Liqasında “Dördlər finalı” start götürüb.

Fanat.Az xəbər verir ki, ilk yarımfinal oyununda ev sahibi olan Niderland millisi Xorvatiya yığmasını sınağa çəkib.

Rotterdamdakı “Feyenoord Stadionu”nda keçirilən oyun əlavə vaxta gedib və kifayət qədər məhsuldar alınıb. Altı qolun vurulduğu matçın yekununda inamlı qələbə qazanan xorvatlar finala yüksəliblər.

Digər yarımfinal matçı iyunun 15-də İspaniya və İtaliya yığmaları arasında olacaq.

“Dördlər finalı”nın həlledici oyunu iyunun 18-də keçiriləcək.

UEFA Millətlər Liqası “Dördlər finalı” Yarımfinal 14 iyun

Niderland – Xorvatiya 2:4 Qol: Doniel Malen, 34. Noa Lanq, 90+6 – Andre Kramariç, 55. Mario Paşaliç, 73. Bruno Petkoviç, 98. Luka Modriç, 116. Baş hakim: İştvan Kovaç (Rumıniya) Rotterdam, “Feyenoord Stadionu”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər