Millətlər Liqası: Türkiyə uduzdu, Niderland və Xorvatiya finalda - YENİLƏNDİ

Millətlər Liqası: Türkiyə uduzdu, Niderland və Xorvatiya finalda - YENİLƏNDİ

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu - 6-cı tura start verilib. 

Fanat.Az xəbər verir ki, ilk oyun günündə A, C və D Liqalarında ümumilikdə 10 oyun keçirilib.

A Liqasının 1-ci qrupunda Xorvatiya Avstriyanın, Fransa Danimarkanın qonağı olub. Sonuncu turda yalnız Xorvatiya və Danimarkanın final mərhələsinə yüksəlmək şansı var idi. Səfərdə Avstriya üzərində inamlı qələbəyə sevinən xorvatlar əsas hədəfinə çatıb. Fransa yığması isə qonaq qismində Danimarkaya boyun əyib.

4-cü qrupda Niderland Belçikanı, Uels Polşanı qəbul edib. “Narıncılar” çətin qələbə ilə qrup liderliyini rəsmiləşdiriblər. Britaniyalılar isə Polşaya məğlub olmaqla aşağı liqaya eniblər.

C Liqasındakı görüşlər formal xarakter daşıyıb. Hər iki qrupda liderlər və aşağı liqaya düşəcək komandalar əvvəlki turlarda bəlli idi. Azərbaycan qrup lideri Qazaxıstanı darmadağın edibsə, Belarus – Slovakiya dueli bərabərliklə bitib. Türkiyə millisi səfərdə Farer adalarına, Litva isə Lüksemburqa yenilib.

D Liqasında Andorra Latviya ilə, Moldova isə Lixtenşteynlə üz-üzə gəlib. Latviya bu tur xal itirsə də, liderliyini qoruyub və C Liqasına vəsiqə qazanıb. Eyni xala malik Moldova isə ikinci olub.

UEFA Millətlər Liqası Qrup mərhələsi, 6-cı tur 25 sentyabr

A Liqası, 1-ci qrup

Avstriya – Xorvatiya 1:3 Qollar: Baumqartner, 9 – Modriç, 6. Livaya, 69. Lovren, 72.

Danimarka – Fransa 2:0 Qollar: Dolberq, 34. Olsen, 39.

Xal: Xorvatiya – 13. Danimarka – 12. Fransa – 5. Avstriya – 4.

A Liqası, 4-cü qrup

Niderland – Belçika 1:0 Qol: Van Deyk, 73.

Uels – Polşa 0:1 Qol: Sviderski, 58.

Xal: Niderland – 16. Belçika – 10. Polşa – 7. Uels – 1.

C Liqası, 1-ci qrup

Farer adaları – Türkiyə 2:1 Qollar: Davidsen, 53. Edmundsson, 59 – Gürler, 89.

Lüksemburq – Litva 1:0 Qol: Rodriqes, 88.

Xal: Türkiyə – 13. Lüksemburq – 11. Farer adaları – 8. Litva – 1.

C Liqası, 3-cü qrup

Slovakiya – Belarus 1:1 Qollar: Zrelak, 65 – Baxar, 45.

Azərbaycan – Qazaxıstan 3:0 Qollar: Maroçkin, 67-öz qapısına. Ozobiç, 74. Nuriyev, 90+1.

Xal: Qazaxıstan – 13, Azərbaycan – 10. Slovakiya – 7. Belarus – 3.

D Liqası, 1-ci qrup

Andorra – Latviya 1:1 Qollar: Rosas, 88 – Qutkovski, 50.

Moldova – Lixtenşteyn 2:0 Qollar: Stina, 90+2; 90+4.

Xal: Latviya – 13. Moldova – 13. Andorra – 8. Lixtenşteyn – 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər