Millətlər Liqası: Azərbaycan millisi qrup liderliyi uğrunda oyuna çıxır

Millətlər Liqası: Azərbaycan millisi qrup liderliyi uğrunda oyuna çıxır

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, C Liqasının IV qrupunda yer alan yığmamız səfərdə Monteneqro ilə üz-üzə gələcək.

Niksiç şəhər stadionunda baş tutacaq qarşılaşmanı Andorradan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, qrupda hərəyə 4 xalı olan Azərbaycan və Moneneqro birinci və ikinci yerləri bölüşürlər. Sonuncu pillədə qərarlaşan Litvanın isə aktivdə xal yoxdur.

UEFA Millətlər Liqası (Qadınlar) C Liqası, IV qrup 8 aprel

20:00. Monteneqro – Azərbaycan Hakimlər: Marta San Juan, Karlos Qonçalves, Luis Akosta, Antoni Çiaramonti (hamısı Andorra). Niksiç şəhər stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər