Messisiz "İnter Mayami" 10 nəfərlə qələbə qazandı

Messisiz "İnter Mayami" 10 nəfərlə qələbə qazandı

“İnter Mayami” MLS çempionatının 3-cü turunda “Şarlotta” ilə qarşılaşıb. 

Fanat.Az xəbər verir ki, Lionel Messinin komandası ev oyununda çətin qələbə qazanmağı bacarıb - 1:0. 

Mayamililər 38-ci dəqiqədən etibarən qapıçı Oskar Ustarinin qırmızı vərəqə alaraq meydandan qovulması səbəbindən on nəfərlə oynayıb. Görüşdə yeganə qolu uruqvaylı ulduz hücumçu Luis Suaresin məhsuldar ötürməsindən sonra Tadeo Allende vurub. 

"İnter Mayami"nin argentinalı ulduzu Messi bu görüşdə meydana çıxmayıb. O, atıq üçüncü matçdır ki, əzələsindəki problem səbəbindən komandaya kömək edə bilmir. 

Xatırladaq ki, bu mövsümün ilk üç oyununda “İnter Mayami” mümkün doqquz xaldan yeddisini toplayıb. Komanda hazırda MLS-in turnir cədvəlində ikinci yerdədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər