Messi ilə Suares Uruqvayda klub yaratdılar

Messi ilə Suares Uruqvayda klub yaratdılar

“İnter Mayami”nin ulduzları Luis Suares və Lionel Messi uruqvaylının vətənində “Deportivo LSM” klubunun ortaq sahibi olublar.

Fanat.Az xəbər verir ki, bu barədə Suares sosial şəbəkə hesabında paylaşım edib. 

O, yeni layihəyə start verdiklərini elan edib. Yeni komanda iki məşhur oyunçunun baş hərflərindən ibarət abbreviaturaya əsasən "Deportivo LSM" adlandırılıb. Sözügedən komanda Uruqvay çempionatının dördüncü divizionunda çıxış edəcək.

Messi və Suares müvafiq olaraq 2023 və 2024-cü illərdən "İnter Mayami"də oynayırlar. Bundan əvvəl onlar İspaniyanın “Barselona”sında birgə çıxış ediblər. Ümumilikdə futbolçular birlikdə 297 oyun keçiriblər.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər