Maykl Karrik qovuldu - RƏSMİ

Maykl Karrik qovuldu - RƏSMİ

"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Maykl Kerrik Çempionşip klubu "Midlsbro"nun baş məşqçisi vəzifəsindən qovulub.

Fanat.Az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

43 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri - Conatan Vudqeyt və Qrem Karrik də "Midlsbro"nu tərk edib.

Maykl Karrik 2022-ci ilin oktyabr ayından "Midlsbro"ya rəhbərlik edirdi. Bundan əvvəl o, 2006-2018-ci illərdə futbolçu kimi çıxış etdiyi "Mançester Yunayted"də köməkçi və baş məşqçi əvəzi kimi çalışıb.

"Midlsbro" cari mövsümü 64 xalla Çempionşipi onuncu pillədə başa vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər