Mauritsio Sarrinin yeni iş yeri bilindi - RƏSMİ

Mauritsio Sarrinin yeni iş yeri bilindi - RƏSMİ

Tanınmış italiyalı mütəxəssis Mauritsio Sarrinin yeni iş yeri müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, o, bu gün baş məşqçisi Marko Baronini istefaya göndərən "Latsio"nun "sükanı arxası"na keçib.

Bu barədə Roma klubunun mətbuat xidməti məlumat yayıb. 

Xatırladaq ki, Sarri 2021-2024-cü illərdə “qartallar”ı çalışdırıb. Mauritsio həmçinin, karyerası ərzində “Yuventus”, “Napoli”, “Çelsi” kimi Avropa nəhənglərinə də başçılıq edib. 

"Latsio" ötən mövsüm İtaliya çempionatında turnir cədvəlini 7-ci pillədə başa vurub. 

Baroni 2024-cü ilin yayından paytaxt klubunu çalışdırırdı. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər