Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopes karyerasını İspaniyanın digər klubunda davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı ispan jurnalist Sebastyan Vidal yayıb. 

Mənbənin məlumatına görə, "Atletiko" 22 yaşlı yarımmüdafiəçini transfer hədəfi kimi müəyyənləşdirib. "Barselona"nın ciddi maliyyə təklifi alacağı təqdirdə, Lopesi satmaq barədə düşündüyü bildirilir. 

İspaniyalı yarımmüdafiəçi 2024/25 mövsümündə bütün turnirlərdə 46 matçda iştirak edib, 8 qol vurub və 10 məhsuldar ötürmə edib. 

Lopesin "Barselona" ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilə qədərdir. "Transfermarkt" futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər