Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

Ötən mövsümü 3-cü pillədə başa vuran ''Atletiko Madrid"in Aleksandr Sörlot ilə bağlı qərarı məlum olub.

Fanat.Az xəbər verir ki, klub futbolçu ilə yollarını ayırmayacaq.

Bu barədə məlumatı ''Marca'' yayıb.

Yalnız 35 milyon avro və ya daha çox məbləğdə təklif gələrsə, klubun bu təklifi dəyərləndirəcəyi də əlavə olunub.

Norveçli hücumçu ötən mövsüm 53 matçda 24 qol və 2 asistlə yadda qalıb.

Qeyd edək ki, futbolçunun transfer dəyəri 25 milyon avro olaraq qiymətləndirlir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər