London nəhənginə Ronaldu ilə güclənməyi təklif etdilər - "O, hələ də inanılmaz forvarddır"

London nəhənginə Ronaldu ilə güclənməyi təklif etdilər - "O, hələ də inanılmaz forvarddır"

"Mançester Yunayted"dəki çıxışları ilə tanınan Trinidad və Tobaqo millisinin sabiq üzvü Duayt York "Çelsi"yə komandanı superulduz Kriştianu Ronalduyla gücləndirməyi təklif edib. 

Fanat.Az xəbər verir ki, bu barədə "Goal" məlumat yayıb. 

York bildirib ki, London klubu klublararası dünya çempionatında hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalının xidmətindən yararlana bilər. 

"O, hazırda "Çelsi"nin hücumunda oynayanlardan daha yaxşıdır. "9 nömrə" mövqeyinə görə onlar ən yaxşı oyunçuya sahib deyillər. Ronaldu hələ də inanılmaz forvarddır. Bu transferi reallaşdırmamaq üçün heç bir səbəb görmürəm".

Beşqat “Qızıl top”un sahibi Ronaldunun Səudiyyə Ərəbistanının Pro Liqa təmsilçisi “Əl-Nəsr” klubu ilə müqaviləsi başa çatmaq üzrədir. Onun karyerasını “Əl-Hilal”da davam etdirə biləcəyi ehtimal olunur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər