Liqa 1: 5 oyunun 1-də meydan sahibləri qələbəyə sevindilər

Liqa 1: 5 oyunun 1-də meydan sahibləri qələbəyə sevindilər

Fransa Liqa 1-də 25-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 5 görüş reallaşıb.

"Havr" - "Sent Etyen" qarşılaşmasında bərabərlik qeydə alınıb. "Brest" öz meydanında “Anje”ni məğlub edib. "Nant" evdə "Strasburq"a, "Reyms" "Oser"ə, "Nitsa" isə "Olimpik Lion"a boyun əyib.

Hazırda 65 xalı olan PSJ Liqa 1-in turnir cədvəlinin zirvəsində mövqe tutub. "Olimpik Marsel" 49, "Nitsa" 46, "Monako" və "Lill" 44, "Olimpik Lion" 42, "Strasburq" 40, "Lans" ilə "Brest" 36 xal toplayıb.

Fransa Liqa 1 25-ci tur 7 mart

Tuluza – Monako 1:1 Qollar: Maqri, 90+1 – Minamino, 17.

8 mart

Renn – PSJ 1:4 Qollar: Brassye, 53 – Barkola, 27. Q.Ramos, 50. Dembele, 90+1; 90+4.

Lill – Monpelye 1:0 Qol: C.David, 50.

Olimpik (Marsel) – Lans 0:1 Qol: El Aynaui, 90+4.

9 mart

Brest – Anje 2:0 Qollar: Sima, 19. Favr, 60.

Havr – Sent Etyen 1:1 Qollar: Ture, 45+1 – Stassin, 10.

Nant – Strasburq 0:1 Qollar: Lemareşal, 79.

Reyms – Oser 0:2 Qollar: Bair, 15. Traore, 24.

Nitsa – Olimpik Lion 0:2 Qollar: Şerki, 78. Nuama, 83.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər