Leroy Sane İngiltərəyə qayıdır - Premyer Liqadan 4-cü təklif

Leroy Sane İngiltərəyə qayıdır - Premyer Liqadan 4-cü təklif

"Bayern"in vingeri Leroy Sane gələn yay Münhen klubunu azad agent kimi tərk etməyə hazırlaşır. 

Fanat.Az xəbər verir ki, müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq futbolçu yenidən İngiltərə Premyer Liqasına qayıtmağa yaxındır. 

İnformasiyanı “FussballTransfers” yayıb. Mənbənin məlumatına görə, Londonun “Arsenal” və “Çelsi” klublarının, həmçinin “Nyukasl”ın da maraqlandığı 29 yaşlı futbolçuya "Dumanlı Albion"un daha bir təmsilçisi elçi düşüb. Sane "Bayern" ilə yeni müqavilə imzalamasa, London klubu "Tottenhem" də onu sıralarına cəlb etməyə çalışacaq. 

Leroy Sane vaxtilə İngiltərə Premyer Liqasında "Mançester Siti"in şərəfini qoruyub. O, 2016-2020-ci illərdə "şəhərlilər"in heyətində çıxış edib, oradan 49 milyon avroya Münhen superklubuna keçib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər