“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

İngiltərə çempionatında 37-ci tur “Aston Villa” - “Tottenhem” matçı ilə start götürüb.

Fanat.Az xəbər verir ki, londonlular səfərdə qapısından iki cavabsız top buraxaraq uduzub. 

"Squawka"-nın məlumatına görə, bu, Ange Postekoğlunun baş məşqçisi olduğu komandanın bütün yarışları nəzərə alsaq, bu mövsüm 25-ci məğlubiyyətini olub. Bu isə 1991/1992 mövsümündən bəri, son 33 ildə "Tottenhem"in ən pis nəticəsidir.  Həmin mövsüm İngiltərə Premyer Liqasını 15-ci pillədə başa vuran London nəhəngi hazırda turnir cədvəlində 17-ci yeri tutur. 

“Tottenhem” iki dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Sonuncu dəfə bu, uzaq 1961-ci ildə reallaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər