“Reallıq budur ki, bizim üçün bu mövsüm bitib" - Samir Abasov

“Reallıq budur ki, bizim üçün bu mövsüm bitib" - Samir Abasov

“Neftçi” bu gün Misli Premyer Liqasının 33-cü turunda “Kəpəz”i qəbul edən "Neftçi"nin baş məşqçisi Samir Abasov oyunu dəyərləndirib.

Fanat.Az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı 2:2 hesabı ilə başa çatan matçla bağlı bunları dilə gətirib: 

“Reallıq budur ki, bizim üçün bu mövsüm bitib. Çalışırıq, futbolçuları məşqlərə, matçlara hazırlayaq və bacardığımız qədər yaxşı oynayaq. İlk hissədə dominant futbol oynadıq. 10-15 dəfə rəqibin cərimə meydançasında olduq. Bununla belə, epizodları qola çevirə bilmədik. Üstəlik, bunların çoxu rəqibin əks-hücumu ilə bitirdi. Sona 3 tur qalıb. Yenə də futbolçuları kökləyəcəyik, qarşıdakı oyunlarda maksimum nəticə qazanmağa çalışacağıq.

Proqramımız var. Yüz faiz əmin edə bilərəm ki, rəhbərliklə fikirlərimiz üst-üstə düşür". 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər