“Milan” Teo Ernandesi sabiq “Barselona”lı ilə əvəz edir

“Milan” Teo Ernandesi sabiq “Barselona”lı ilə əvəz edir

"Milan" "transfer pəncərəsi"ndə satılma ehtimalı yüksək olan Teo Ernandesə əvəzləyici tapıb. 

Fanat.Az xəbər verir ki, informasiyanı “Football Italia” yayıb.

Mənbənin məlumatına görə, "Lids"in müdafiəçisi Junior Firpo İtaliya nəhənginin "radar"ına düşüb. "Rossoneri" "Barselona"nın 28 yaşlı keçmiş futbolçusunu azad agent kimi heyətinə qatacaq. Belə ki, onun ingiltərə Premyer Liqasının debütantı ilə müqaviləsinin müddəti iyunun sonunda başa çatır. 

Junior Firpo ötən mövsüm Çempionşipdə 32 matça çıxaraq 4 qol vurub və 10 məhsuldar ötürmə edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər