Laporta "Barselona"nın illik qazancını açıqladı - Fantastik məbləğ

Laporta "Barselona"nın illik qazancını açıqladı - Fantastik məbləğ

"Barselona"nın prezidenti Joan Laporta klubun hazırkı maliyyə durumu ilə bağlı danışıb.

Fanat.Az xəbər verir ki, TV3 klub funksionerinin açıqlamasını yayıb:

"Hazırda "Barselona" ildə təxminən 950 milyon avro qazanır. Bu, demək olar ki, bir milyard deməkdir. İnandırıram ki, "birə bir" qaydasına əməl edəcəyik". 

"Barselona" bu mövsüm vaxtından əvvəl İspaniya çempionu olub. Kataloniyalılar 37 turda 85 xal toplayıb. İkinci yerdə qərarlaşan "Real Madrid"lə fərq dörd xaldır. "Barselona"nın La Liqanın son turundakı rəqibi "Atletik Bilbao" olacaq. Görüş mayın 25-də baş tutacaq. 

Onu da əlavə edək ki, "Barselona" bu mövsüm çempionluqla yanaşı, İspaniya kuboku və Superkubokunu da qazanıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər