La Liqada sonuncu dəfə belə hal 19 il əvvəl yaşanmışdı - Antirekord

La Liqada sonuncu dəfə belə hal 19 il əvvəl yaşanmışdı - Antirekord

İspaniya çempionatında 30-cu tur antirekordla yadda qalıb.

Fanat.Az xəbər verir ki, məlumatı "Opta" yayıb.

Turda ev sahibi komandalardan heç biri qələbə qazana bilməyib - üç heç-heçə, yeddi məğlubiyyət. Bu, 19 il əvvəl çempionatda qeydə alınan antirekordun təkrarıdı. Ümumiyyətlə, analoji hal turnirin tarixində daha əvvəl iki dəfə qeydə alınıb: 

2003, 33-cü tur – 6 heç-heçə, 4 məğlubiyyət; 2006, 32-ci tur – 7 heç-heçə, 3 məğlubiyyət;

Qeyd edək ki, hazırda turnir cədvəlinə 67 xalla "Barselona" başçılıq edir. Onları iki Madrid komandası izləyir: "Real" - 63 və "Atletiko" - 60 xal.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər