ÇL: "Real Madrid"i Londonda "döydülər", "Bayern Münhen" işini çətinə saldı

ÇL: "Real Madrid"i Londonda "döydülər", "Bayern Münhen" işini çətinə saldı

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi start götürüb. 

Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

"Real Madrid" Londonda "Arsenal" ilə qarşılaşıb və darmadağına üzülüb. "Bayern Münhen" isə evdə Milan "İnter"inə yenilərək yarımfinala yüksəlmək şansını azaldıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları 15-16 aprel tarixlərində keçiriləcək.

UEFA Çempionlar Liqası 1/4 final, ilk oyunlar 8 aprel

"Arsenal" (İngiltərə) – "Real Madrid" (İspaniya) 3:0 Qollar: Rays, 58; 70. Merino, 75.

"Bayern" (Almaniya) – "İnter" (İtaliya) 1:2 Qollar: Müller, 85 – L.Martines, 38. Frattezi, 88.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər