ÇL: "Barselona" "İnter"lə məhsuldar bərabərliyə razılaşdı

ÇL: "Barselona" "İnter"lə məhsuldar bərabərliyə razılaşdı

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları başa çatıb.

Fanat.Az xəbər verir ki, bu gün növbəti yarımfinal qarşılaşması reallaşıb.

"Barselona" İspaniyada "İnter"lə 3:3 hesablı bərabərliyə razılaşıb.

Yarımfinalın ilk oyunu dünən İngiltərədə baş tutub. "Arsenal" evdə PSJ-yə 0:1 hesabı ilə yenilib..

Qeyd edək ki, finalçıların adlarına 6-7 may tarixlərində keçiriləcək cavab qarşılaşmalarından sonra aydınlıq gələcək.

UEFA Çempionlar Liqası Yarımfinal, ilk oyun 30 aprel

Barselona (İspaniya) – İnter (İtaliya) 3:3 Qollar: Yamal, 24. F.Torres, 38. Zommer, 65-öz qapısına – M.Türam, 1. Dumfris, 21; 64.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər