ÇL: "Barselona", "İnter", "Bayern Mûnhen" və PSJ 1/4 finalda

ÇL: "Barselona", "İnter", "Bayern Mûnhen" və PSJ 1/4 finalda

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmaları start götürüb.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 4 matç baş tutub.

Daha erkən başlayan oyunda “Barselona” səfərdə məğlub etdiyi “Benfika”nı evdə də yenərək ilk 1/4 finalçı olub.

“Feyenoord”la qarşılaşan “İnter” də qonaq qismində üstələdiyi rəqibinə Milanda da şans veməyib.

“Bayern Münhen” evdə darmadağın etdiyi “Bayer Leverkuzen”lə səfər oyunundan da qalib ayrılıb.

Parisdəki ilk oyunda "Liverpul"a 0:1 hesabı ilə uduzan PSJ İngiltərədə ümumi hesabı bərabərləşdirib. Əlavə vaxtda qol vurulmadığı üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Fransa komandası 1/4 finala yüksəlib.

Qeyd edək ki, 1/8 finalın daha 4 cavab matçı sabah oynanılacaq.

UEFA Çempionlar Liqası 1/8 final, cavab görüşləri 11 mart

“Barselona” (İspaniya) – “Benfika” (Portuqaliya) 3:1 Qollar: Rafinya, 11; 42. Yamal, 27 – Otamendi, 13. İlk oyun – 1:0.

“Liverpul” (İngiltərə) – PSJ (Fransa) 0:1 (penaltilər 1:4) Qol: Dembele, 12. İlk oyun – 1:0.

“İnter” (İtaliya) – “Feyenoord” (Niderland) 2:1 Qollar: M.Türam, 8. H.Çalhanoğlu, 51-pen – Moder, 42-pen. İlk oyun – 2:0.

“Bayer Leverkuzen” (Almaniya) – “Bayern Münhen” (Almaniya) 0:2 Qollar: Keyn, 52. A.Deyvis, 71. İlk oyun – 0:3.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər