UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi yekunlaşıb.
Fanat.Az xəbər verir ki, bu gün daha iki yarımfinalçı müəyyənləşib.
"Real Madrid" öz meydanında "Arsenal"la üz-üzə gəlib. İspaniya nəhəngi səfərdə 0:3 hesabı ilə uduzduğu "topçular"a evdə də məğlub olaraq mübarizəni dayandırıb.
"İnter" isə "Bayern Münhen"i qəbul edib. Birinci dueldə 1:2 hesabı ilə yenilən Almaniya təmsilçisi Milanda "qara-göylər"lə heç-heçə edərək evə məyus dönüb.
Yarımfinal mərhələsinin oyunları 29-30 aprel və 6-7 may tarixlərində keçiriləcək.
UEFA Çempionlar Liqası 1/4 final, cavab oyunları 16 aprel
"Real Madrid” (İspaniya) – “Arsenal” (İngiltərə) 1:2 Qollar: Vinisius, 67 – Saka, 65. Martinelli, 90+3. İlk oyun – 0:3.
“İnter” (İtaliya) – “Bayern Münhen” (Almaniya) 2:2 Qollar: Martines, 58. Pavar, 61 – Keyn, 52. Dayer, 76. İlk oyun – 2:1.